Ərdoğan Rusiyanı Suriyada hərbi cinayətlər törətməkdən çəkinməyə çağırıb.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, dünən gecə paytaxt Ankarada baş vermiş terror aktını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsinə də toxunub.
Ərdoğan PYD-nin terror təşkilatı olduğunu və Türkiyənin Suriya ərazisində yeni Kandil dağının yaranmasına icazə verməyəcəyini bildirib. O, qeyd edib ki, PYD və YPG-nin mövqeləri türk ordusunun hədəfindədir və onlara Hələbi blokadaya almaq imkanı verilməyəcək.
Daha sonra Rusiyanın Suriyadakı bombardmanlarına toxunan Ərdoğan Moskvanın hərbi cinayətlər törətdiyini vurğulayaraq Putini bu təhlükəli oyundan çəkinməyə çağırıb.