Ərdoğan Nazarbayevə zəng etdi

Ərdoğan Nazarbayevə zəng etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.

Aktual.az  virtualaz.org-a istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

"Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər", - deyə məlumatda bildirilib.

Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR