Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri çərçivəsində Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah ilə görüşüb.
Aktual.az xəbər verir ki, görüşdə Türkiyə-Küveyt əlaqələri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan investisiya, enerji, ticarət və müdafiə sahələrində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb, Körfəz Əməkdaşlıq Şurası ilə Azad Ticarət Sazişi danışıqlarının ticarəti inkişaf etdirəcəyini bildirib.
O, Qəzzada atəşkəsin qorunmasının, iki dövlətli həllin və Suriyanın ərazi bütövlüyünün vacibliyini qeyd edib.
Xəbər 58 dəfə oxunub.