Ərdoğan kürdlərə son sözünü dedi: "Dövlət olmayacaq"

Ərdoğan kürdlərə son sözünü dedi:

Türkiyə Suriyanın şimalında müstəqil kürd dövlətinin yaradılmasına imkan verməyəcək. 

Musavat.com “Todays Zaman”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ankara nəyin bahasına olur-olsun bu yöndə mübarizəni davam etdirəcək. Prezident qeyd edib ki, kürdlər regionun demoqrafik strukturunu dəyişmək istəyirlər ki, Türkiyə də heç cür buna göz yuma bilməz.

Xatırladaq ki, Suriyadakı kürd özünümüdafiə qüvvələri az öncə Kobani şəhərini bütünlüklə İŞİD-çilərdən təmizlədiyini bəyan edib.

Aktual.az

 
Xəbər 1320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR