Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CHP sədri Kılıçdaroğlunu "prezidenti təhqir etməsi" səbəbiylə məhkəməyə verib.
Aktual.az lent.az-a istinadən bildirir ki, prezident onu məhkəməyə verməklə yanaşı, təhqirinin qarşılığında 100 min liralıq təzminat tələb edir.
Xatırladaq ki, Kılıçdaroğlu Türk Tabiplər Birliyinin ( TTB) tədbirində prezidentin ünvanına sərt sözlər söyləmişdi.
Qeyd edək ki, Türkiyədə prezidenti təhqir etməyin cəzası 4 il azadlıqdan məhrum edilməkdir.