İstanbulda və Türkiyənin digər bölgələrində törədilən terror aktlarının hədəfi ölkə vətəndaşları arasında parçalanma yaratmaqdır.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə terrorla mübarizədə heç vaxt təslim olmayacaq və mübarizəsini davam etdirəcək.
R.T.Ərdoğan qeyd edib ki, rəsmi Ankaranın başqa ölkələrin daxili işlərinə müdaxilə elədiyi haqda deyilənlərin heç bir əsası yoxdur və belə mövqe tutanları sərt formada ittiham edib. Onun sözlərinə görə, Türkiyə regionda sabitliyin bərpa edilməsi üçün əlindən gələni edir və bu cür fikir bildirənlərin proseslər haqda məlumatı yoxdur.
Aktual.az
Xəbər 441 dəfə oxunub.