Ərdoğan: "İraqın BMT-yə müraciəti doğru addım deyil"

Ərdoğan:
  • DÜNYA

İraqın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti doğru addım deyil.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jezeera” telekanalına müsahibəsində deyib.

“Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin bu doğru addım deyil", deyə Ərdoğan bildirib.

Xatırladaq ki, dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR