Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Günəşli” yatağında baş vermiş faciə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Aktual.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, başsağlığında “neft yatağında baş vermiş qəzada 30-dan çox işçinin vəfat etməsindən kədər hissi ifadə edilib”.
"Millətim və şəxsim adına yanğında vəfat edənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm” deyə başsağlığı mətnində qeyd olunub.