Ərdoğan güc strukturlarının rəhbərləri ilə görüşür

Ərdoğan güc strukturlarının rəhbərləri ilə görüşür
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vəziyyəti və PKK terror təşkilatının fəallığını müzakirə etmək üçün bu gün Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan ilə görüşəcək.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Ərdoğan, həmçinin baş nazir Əhməd Davudoğlu və Türkiyə HQ Baş Qərərgahının rəhbəri Hulusi Akar ilə də görüşəcək.

Son aylarda Türkiyənin cənubi-şərqində PKK yaraqlılarının hərbi hissələrə və polis bölmələrinə hücumlarının sayı artıb.

2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən çox hərbçi həlak olub.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR