Ərdoğan final görüşünü mobil telefon vasitəsi ilə izləyib

Ərdoğan final görüşünü mobil telefon vasitəsi ilə izləyib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunlarını mobil telefon vasitəsi ilə izləməsinin görüntüsü yayılıb. 

APA-nın məlumatına görə, o, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını mobil telefonu vasitəsi ilə izləyib.  

Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan İstanbuldan Ankaraya getməzdən öncə təyyarədə Avropa və dünya çempionu olan R. Kayaalpın finaldakı çıxışına mobil telefonu vasitəsilə baxmağa məcbur olub.

Qeyd edək ki, Türkiyə komandası Bakı-2015 I Avropa Oyunlarında ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Aktual.az

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR