Ərdoğan: "Dünya ictimaiyyəti Türkiyəyə yardım etməlidir"

Ərdoğan:

Dünya ictimaiyyəti suriyalı qaçqınların saxlanılmasında Türkiyəyə yardım etməlidir.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyadan olan qaçqınlara humanitar yardım göstərməyə davam edir.

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR