Macarıstan Rusiya Prezidenti Vladimir Putini vicdanlı tərəfdaş hesab edir və bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır.
Aktual.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
"Sağlam ölkənin xarici siyasəti dostluq etməkdir. ABŞ-ın yeni prezidenti Macarıstanı bəyənir. Çin Xalq Respublikasının sədri Avropa Birliyinin iki ölkəsinə - Fransa və Macarıstana səfər edib. Türkiyə prezidenti dostumuzdur, Rusiya prezidenti vicdanlı tərəfdaşımızdır, İsrailin baş naziri yaxşı dostumuzdur. Macarıstan diplomatiyasının tarixində oxşar presedentlərin olması ehtimalı azdır”, - Orban bildirib.
Xəbər 80 dəfə oxunub.