Ərdoğan bu türk ölkəsinə gedir

Ərdoğan bu türk ölkəsinə gedir
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11–12 dekabr tarixlərində Türkmənistana rəsmi səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, o Türkmənistanın daimi bitərəflik statusunun 30-cu ildönümü və 2025-ci ilin "Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə keçiriləcək Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak edəcək.
Səfər zamanı Prezident Ərdoğanın forumda çıxış edəcəyi və tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR