"Azərbaycanla münasibətlər və əməkdaşlığımız tariximizn ən üst pilləsinə yüksəlib”.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasının nəticələrinə dair açıqlamasında bildirib.
O, həmçinin, qeyd edib ki, Türkiyə regionda və dünyada sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.
Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi ölkə qismində üzv olması vacib diplomatik uğurdur.
Xəbər 194 dəfə oxunub.