Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Aktual.az xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter”də paylaşım edib.

"İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - deyə o bildirib.

R.T.Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna və başqa ölkələrin bayraqları əksini tapıb.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal prospektində terror aktı törədilib. Nəticədə altı nəfər həlak olub, 81 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.


Xəbər 145 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR