Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliyanın baş naziri Matteo Renzi ilə dördtərəfli formatda görüş keçirib.
Aktual.az Trend-ə istinadən bildirir ki, dövlət başçıları görüşdə Türkiyə vətəndaşları üçün Aİ-yə vizaların ləğvi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.
Müzakirələrdən sonra R.T.Ərdoğan və F.Olland ikitərəfli görüş keçiriblər.