Türkiyə milli gəlirinə görə dünyada ən çox yardım edən ölkələrdən biridir. Biz inancından və mənşəyindən asılı olmayaraq ehtiyacı olanlara kömək etməyə çalışırıq.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Türkiyə-Afrika İş və İqtisadi Forumunda çıxışı zamanı deyib.
O çıxışı zamanı Afrika atalar sözündən sitat gətirib:
"Sürətli getmək istəyirsənsə tək get, uzağa getmək istəyirsənsə, birlikdə yeri”.
Qeyd edək ki, Türkiyə liderinin bu fikri maraqla qarşılanıb.
Xəbər 40 dəfə oxunub.