Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan mart ayının 31-i ABŞ-a səfər edəcək.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu Prezident özü Səudiyyə Ərəbistanından qayıdandan sonra deyib.
Ərdoğan həmçinin bildirib ki, ABŞ Prezidenti Barak Obamanın Merilenddə Osmanlı-İslam "Merilend külliye" ictimai kompleksinin açılışında iştirak etməsi ehtimalı var.