Ərdoğan ABŞ-a gedir

Ərdoğan ABŞ-a gedir
  • DÜNYA

ABŞ-dakı İslam mədəniyyət mərkəzi kompleksinin açılışını ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan açacaq.

Aktual.az "Report"a istinadən  xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, mərkəz Memar Sinan üslubunda tikilib. Mərkəzdəki məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Binanın tikintisinə 2011-ci ilin sentyabrında Vaşinqton yaxınlığında yerləşən Meriland ştatında başlanılıb. Kompleks ABŞ İslam Mədəniyyət Mərkəzi, Türkiyə Dəyanət İşləri Nazirliyi və Türkiyənin Dəyanət Fondunun dəstəyi ilə 60 hektarlıq ərazidə tikilib.

Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obmanı kompleksin açılış mərasiminə dəvət edib və bu, qəbul olunub.

Türkiyə prezidenti yaxın günlərdə bu məqsədlə ABŞ-a səfər getməyi planlaşdırır.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR