Ərazi güzəştinə razılaşan ukraynalıların sayı artdı

Ərazi güzəştinə razılaşan ukraynalıların sayı artdı

Ukraynalıların 32%-i hesab edir ki, dərhal sülhə nail olmaq və müstəqilliyini qorumaq üçün Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə gedə bilər.
Aktual.az xəbər verir ki. bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrində bildirilir.
Buna baxmayaraq, sorğu iştirakçılarının əksəriyyəti - 55%-i Rusiyaya istənilən ərazi güzəştinin əleyhinə çıxıb.
Sosioloqların fikrincə, 2022-ci ilin mayından 2023-cü ilin may ayına qədər vəziyyət nisbətən sabit olub: respondentlərin təxminən 8-10%-i ərazi güzəştlərinə hazır olub, mütləq əksəriyyət - 82-87% isə ardıcıl olaraq güzəştlərin əleyhinə çıxış edib.
2023-cü ilin may ayından sonra ərazi güzəştlərinə hazır olan vətəndaşların payı getdikcə artır. Beləliklə, 2023-cü ilin sonuna güzəştə getmək istəyi 19%-ə, 2024-cü ilin fevralında 26%-ə, 2024-cü ilin mayında 32%-ə yüksəlib.
Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR