Amerikalı alimlər ailə həyatının uzunömürlü olması üçün yaş fərqinin nə qədər olmasını müəyyən ediblər. Qadınsaytı.az-ın məlumatına görə, bunun üçün onlar müəyyən müddət ərzində minlərlə cütlüyün həyatını təhlil ediblər.
Aktual.az bildirir ki, ən ideal yaş fərqi cəmi bir ildir. Daha öncə bu fərqin 3-5 il olduğu deyilirdi. Mütəxəssislər düşünürlər ki, 1 yaş fərqi olanların boşanma riski cəmi 3 faizdir.
Yaş fərqi artdıqca boşanma riski də çoxalır. Beş il fərqi olanlarda bu risk həmyaşıd cütlüklərlə müqayisədə 18 faiz çoxdur. 10 yaş fərqində isə risk 39, 20 yaşda 95 faizə kimi yüksəlir.
Bundan öncə isə amerikalı mütəxəssislər sevgi münasibətlərinin başlanmasından necə il sonra qadınların tərəfdaşından bezə biləcəyini hesablamağa cəhd etmişdilər. Eksperimentlər göstərib ki, 5 illik münasibətdən sonra qadınlar monotonluqdan bezirlər. Onlar həyatlarında nə isə dəyişiklik etmək arzusuna düşürlər.
Aktual.az
Xəbər 5997 dəfə oxunub.