Energetika nazirinin müavinlərinin sayı artırılıb.
Aktual.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb.
Xəbər 350 dəfə oxunub.