Ən uzun adam öldü

Ən uzun adam öldü
  • DÜNYA

Tailandın Surin əyalətində dünyanın ən uzun adamı olduğu iddia edilən 26 yaşlı Pornçay Saosri ölüb.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, onun boyu 2 metr 69 santimetr olub.

Bir sıra xəstəliklərdən əziyyət çəkən P.Saosri xəstəxanada dünyasını dəyişib.

Son bir neçə ildə o, 72 kiloqram arıqlamış, 12 santimetr boy atmışdı. Çəkisi isə 153 kiloqram idi.

Onun dünyanın ən hündür adamı kimi təsdiq edilməsi üçün "Ginnesin Rekordlar Kitabı"na müraciət etmək planlaşdırılsa da, buna nail olunmayıb. Ginnes isə türkiyəli Sultan Köseni (251 santimetr) dünyanın ən uzun adamı kimi tanıyıb.

Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR