Ən təhlükəli evlilik: “Necə olsa, sevərəm”

Ən təhlükəli evlilik:   “Necə olsa, sevərəm”

Ən təhlükəli evliliklər "Necə olsa, sevirəm!" düşüncəsi ilə başlayan evliliklərdir. Əlbəttə ki, "Tanımadığım adamla necə evlənə bilərəm?" - deyə bilərsiniz. Ancaq burada söhbət ümumi tanımaqdan yox, ətraflı tanımaqdan gedir.

Aktual.az zaman.az-a istinadən bildirir ki, hər şeydən əvvəl unutmayın ki, evlilikdə hisslər qədər məntiq də çox vacibdir. Təkcə hisslərinizin səsinə qulaq assanız, çox asan səhvə yol verə bilərsiniz. Buna görə də, evlilik üçün qərar ver-məyə tələsməyin. Bir-birinizi kifayət qədər tanımaq üçün kifayət qədər vaxt ayırmağa çalışın. Təbii ki, burada illərdən söhbət getmir. Bəziləri üçün bu müddət 25 gün, bəziləri üçün isə 3 ay ola bilər. Bir-birinizi tanımaq üçün ayırdığınız vaxtı "vaxt öldürmək" üçün də sərf etməyin. Qarşı tərəfi hansı cəhətləri ilə tanımaq istədiyinizi müəyyən etdikdən sonra vaxt itirmədən ortaq xüsusiyyətlərinizi müəyyən etməyə keçin. Və bu xüsusiyyətlərinizdən gələcək həyatınızda istifadə edib etməyəcəyinizi müəyyənləşdirin. İlk növbədə, sosial mənada bir-birinizə yaxın olmağa çalışın. Qarşı tərəfin sizin "dəyərlərinizi" qəbul etməsi və ya ən azı hörmət göstərməsi də çox vacibdir. Evlilikdən nə gözlədiyinizi qarşı tərəfə əvvəlcədən bildirin və bu məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənin. Sizinlə olan münasibətləri ilə yanaşı ümumi davranışlarını da müşahidə edin. Bu, həm də, sizdə onun haqqında konkret bir fikrin formalaşmasına imkan verər. Təbii ki, bu maddələrin sayını artırmaq da olar. Unutmayın ki, evliliyə qədər apardığınız bu müşahidələr sizə, ilk növbədə, gələcək həyatınızdakı "qəzaların" sayını azaltmaq üçün kömək edəcək...

Xəbər 2433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR