Məşhur ingilis yazıçı Con Berger 90 yaşında dünyasını dəyişib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yazıçı həyatının son illərini Parisdə keçirib.
Con karyerasına rəssam olaraq başlayıb. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatılıb. 1948-1955-ci illəri arasında incəsənət tənqidçisi olub və rəsm dərsləri verib.
Sonradan Berger filmlər üçün ssenarilər yazıb. Roman yazmaqla da məşhurlaşan yazıçının "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanıb.
C.Burgerin ən məşhur kitabları:
"Şanslı adam" (A Fortunate Man)
"İncəsənət və inqilab" (Art and Revolution)
"Görmə tərzləri" (Ways of Seeing)
"Yeddinci adam" (A Seventh Man)
"Pikassonun uğuru və uğursuzluğu" (The Success and Failure of Picasso)
"Və Üzlərimiz, Ürəyim, Şəkillər qədər qısa" (And Our Faces, My Heart, Brief as Photos)
"Fotokopiyalar" (Photocopies)
"Toya" (To the Wedding)
"Kral" (King)
Aktual.az
Xəbər 988 dəfə oxunub.