Ən qədim Qalaktika aşkar edildi - YAŞI 12.8 MİLYARD İL...

Ən qədim Qalaktika aşkar edildi - YAŞI 12.8 MİLYARD İL...

Beynəlxalq astronomlar komandası "Large Millimeter Telescope" radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər.
Aktual.az 
bildirir ki, iş "Nature Astronomy" jurnalında dərc edilib və yeni kəşf haqqında "Phys.org" qısa məlumat yayıb.
Tədqiqatı Massaçusets Universitetinin əməkdaşları və Meksika milli astrofizika institutunun alimləri həyata keçiriblər. LMT radioteleskopunun köməyi ilə onlar tozla dolmuş Qalaktika aşkar edib və ona "G09 83808" ad-işarəsini veriblər. Alimlərin fikrincə, o, Böyük partlayışdan 900 milyon il sonra yaranıb.

Bu, onu Kainatın ən qədim Qalaktikalarından biri edir. Rekord iki il əvvəl "Hubble" və "Spitzer" teleskoplarının köməyi ilə aşkar edilmiş "Tayna" yığcam Qalaktikasına aid idi. Onun yaşı 13.3 milyard il kimi müəyyən edilmişdi. "G09 83808" Qalaktikasını tapmağa spektral radiasiyanın analizi kömək edib.
"Böyük partlayış 13.7 milyard il əvvəl olub və biz bu yeni aşkar etdiyimiz Qalaktikanı 12.8 milyard il əvvəl olduğu halında müşahidə edirik", - tədqiqatın aparıcı müəllifi Min Yun qeyd edib. (publika.az)
 
Aktual.az 
Xəbər 1093 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR