Bu ad doqquz ölkədə birinci yerdədir.
Dünyada yeni doğulan uşaqlara ən çox qoyulan ad Sofiyadır (müxtəlif ölkələrdə - müxtəlif variantlar: Sofia, Sophia, Sofie, Zsófia).
Aktual.az xəbər verir ki, mütəxəssislər belə nəticəyə 49 ölkənin müvafiq statistika məlumatların araşdırdıqdan sonra gəliblər.
Bu ad doqquz ölkədə birinci, 20-dən çox ölkədə isə 2-ci və ya 3-cü yeri tutub.
Sofiya belə reytinqlərdə həmişə birinci olan Mariyanı üstələyib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, adın populyarlığının artması din ilə bağlı deyil (Məhəmməd adından başqa — oğlan adları arasında ən populyar).
Aktual.az