"J.D Power” analitik assosiasiyası 2016-cı ilin ən etibarlı avtomobillərinin siyahısını təqdim edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmada tədqiqatçılar maşının alınmasından ilk 90 gün sonra avtomobil sahiblərinin şikayətlərinə baxıb. Məlum olub ki, 27 il ərzində ilk dəfə birinci yeri mükafata layiq görülən avtomobil brendləri deyil, sıravi maşınlar istehsal edən "KIA” tutub. İkinci yerdə "Porsche”, onun ardınca "Hyundai”, "Toyota” və "BMW” gəlib. Araşdırmaya əsasən, ümumilikdə keyfiyyətli istehsal olunan avtomobillərin sayı 6% artıb.
"J.D. Power” assosiasiyasının vitse-prezidenti Rene Stefanın sözlərinə görə, hazırda avtomobil şirkətləri əvvəlki illərlə müqayisədə daha keyfiyyətli maşınlar istehsal edir: "Son bir neçə il ərzində, aydın oldu ki, istehsalçılar müştərilərin tələblərini nəzərə almağa başlayıb. Şirkətlər öz məhsullarının keyfiyyətini yaxşılaşdırmaq istiqamətində ciddi işlər görüb”.
Bu məqalədə biz 2016-ci ildə etibarlılıq dərəcəsi üzrə qalib gələn 25 avtomobilin reytinqini təqdim edirik:
1. Orta ölçülü pikap : "Nissan Frontier”
2. Orta ölçülü SUV: "Toyota Highlander”
3. Orta ölçülü SUV: "BMW X5”
4. Böyük ölçülü SUV: "Chevrolet Tahoe”
5. Böyük ölçülü SUV: "Lincoln Navigator”
6. Böyük ölçülü pikap: "Chevrolet Silverado HD”
7. Subkompakt avtomobil: "Hyundai Accent”
8. Premium səviyyəli kompakt SUV: "Porsche Macan”
9. Orta ölçülü idman avtomobili: "Dodge Challenger”
10. Orta ölçülü avtomobil: "Toyota Camry”
11. Böyük ölçülü avtomobil: "Hyundai Azera”
12. Premium səviyyəli kompakt idman avtomobili: "Audi TT”
13. Premium səviyyəli kompakt avtomobil: "Lexus CT”
14. Orta ölçülü sedan: "Lincoln MKZ”
15. Kompakt universal: "Kia Soul”
16. Kompakt idman avtomobili: "Tc scion”
17. Böyük ölçülü: "Chevrolet Silverado SD”
18. Kompakt SUV: "Kia Sportage”
19. Premium səviyyəli, orta ölçülü avtomobil: "Lexus GS”
20. Orta ölçülü: "Chevrolet Equinox”
21. Premium səviyyəli, orta ölçülü idman avtomobili: "Porsche 911”
22. Şəhər avtomobili: "Chevrolet Spark”
23. "Chrysler Town & Country”
24. Kompakt avtomobil: "Toyota Corolla”
25. Premium səviyyəli kompakt avtomobil: "Audi Q3”