İngiltərədə 2 min adam arasında aparılan araşdırmada insanların gündə orta hesabla 6, qadınlarınsa 3 yalan söylədikləri müəyyənləşdi.
Kişilər sırasıyla ilk olaraq sevgililərinə, daha sonra müdirlərinə və iş yoldaşlarına yalan söyləyir. Və kişilərin biz qadınlara söylədiyi fiziki yalanlar da ən çox deyilən yalanlar siyahısına girməyi bacarmış!
İnsanlar ən çox “heç nə olmuyub, mən yaxşıyam” yalanından istifadə edirlərmiş. Qadınların da ən çox söylədiyi yalanların ilk sırasında eynisi gəlir. Bir çox yalanların görə bilmədiyimizi və yalanı anlamadığımızı isə bu mövzunun mütəxəssisi Richard Newman ifadə edir. Newman’a görə yalan deyilən zaman gözlərin qaçırılması həqiqəti artıq günümüzdə əsaslı deyil. Çünki yalançılar belə təkmilləşərək, yalan danışanda gözlərini qaçırmır, əksinə qarşısındakının ona inanıb-inanmadığını anlamaq üçün gözlərinin işinə baxırlar.
Aktual.az qadinklubu.com-a istinadən aparılan araşdırmanın nəticələrini sizlərlə də paylaşır.
Məşhur kişi yalanları
1- Heç nə olmuyub, mən yaxşıyam.
2- Bu son qədəh.
3- Göbəyin heç də o qədər böyük deyil.
4- Heç bir fikrim yoxdur.
5- Batareyası bitdi.
6- Bağışla eşitməmişəm.
7- Bu qədər içməyəcəkdim.
8- Öz yolumda gedirəm
9- O qədər da bahalı deyil.
10-Tıxacda qaldıq.
Məşhur qadın yalanları
1- Heç nə olmuyub, mən yaxşıyam.
2- Bu yeni bir şey deyil ki, illərdir edirəm.
3- O qədər da bahalı deyil.
4- Endirimdəydi.
5- Öz yolumda gedirəm.
6- Bilmirəm hardadır, toxunmadım belə.
7- Bu qədər içməyəcəkdim
8- Başım ağrıyır.
9- Xeyr, onu mən atmadım.
10-Bağışla zəng etdiyini eşitməmişəm.