Mənfi xəbərlərdə “lider” olan nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müsbət xəbərlərdə “lider” olan nazirlik Daxili İşlər Nazirliyi olub…
Televiziya kanallarında haqqında ən çox xəbər göstərilən Gənclər və İdman Nazirliyi
Qəzet və jurnallarda haqqında ən çox yazı dərc olunan Daxili İşlər Nazirliyi
Sayt və portallarda haqqında ən çox məlumat yayımlanan Daxili İşlər Nazirliyi
Radio kanallarında haqqında ən çox danışılan Dövlət Gömrük Komitəsi olub.
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirliklərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 62899 xəbər yerləşdirilib. Bunlardan 60702-si neytral, 335-i mənfi, 1862-si isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (130 xəbər – nazirlikdə nöqsanlar aşkarlandı), Vergilər Nazirliyi (51 xəbər – Abbas Bağırovdan nazirliklə bağlı prezidentə müraciət), Maliyyə Nazirliyi (51 xəbər – Cahangir Hacıyevin bacısından Samir Şərifova qarşı ittihamlar – prezidentə müraciəti).
Müsbət xəbərlər arasında liderlər:
Daxili İşlər Nazirliyi (1041 xəbər – qanunsuzluqlar aşkar edib), Fövqəladə Hallar Nazirliyi (320 xəbər – dənizdə batan şəxs xilas edildi), Kənd Təsərrüfatı Nazirliyi (278 xəbər – Tərtərdə aşkarlanan at cəmdəkləri zərərsizləşdirildi).
Xəbər sayına görə sıralama:
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5535 xəbər dərc edilib.Bu xəbərlərdən 5488 xəbər neytral, 47-si isə müsbət xəbərdir.
Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında lider:
Daxili İşlər Nazirliyi (30 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (14 xəbər – Meşədə qanunsuz at kəsimi aşkarlanıb), Ədliyyə Nazirliyi (3 xəbər – külli miqdarda zərgərlik məmulatları aşkar edilib).
Xəbər sayına görə sıralama:
İyul ayında televiziya kanallarındanazirliklər haqqında 2045 xəbər göstərilib. Bu xəbərlərdən 2038 xəbər neytral, 7 xəbər müsbətdir.
Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər:
Daxili İşlər Nazirliyi (6 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (1 xəbər – Türkiyədən ölkəmizə gətirilən yumurtada virus aşkar edilib)
Xəbər sayına görə sıralama:
İyul ayında radio kanallarındanazirliklər haqqında 280 xəbər yayımlanıb. Bu xəbərlərdən 276 xəbər neytral, 4 xəbər müsbətdir.
Radio kanallarında nazirliklər haqqında müsbət xəbərlər:
Daxili İşlər Nazirliyi (2 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (2 xəbər – Azərbaycana gətirilən bir ton avokadoda xəstəlik aşkarlanıb)
Xəbər sayına görə sıralama:
Əlaqə:+994 12 409 90 09
Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu,
Əhməd Rəcəbli, 25E,
Duru Plaza, AZ1075