Ən böyük qiymət

Ən böyük qiymət

Orxan Ülvi

Vaxtaşırı müəllim haqqında müdrik, gözəl kəlamlar deyənlər çox olub. Məhəmməd Peyğəmbər (s.a.s.) birinə bilik və savad öyrətməyi ən böyük ibadətdən üstün sayır. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi.


Makedoniyalı İsgəndər öz müəllimi Arestotel haqqında "valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə yerdən göyə qaldırdı" söyləmişdi.
Bəli, müəllim peşəsi ulu və ali peşədi. Müəllim haqqında kimlər daha hansı gözəl fikirləri deməyib ki...
Əbəs yerə, Ulu öndərimiz Heydər Əliyev də müəllim haqqında həmişə yüksək fikirlər səsləndirməyib. Müəllim haqqında daim gözəl sözlər söyləyən Ulu Öndər demişdir: "Müəllim yeganə şəxsiyyətdir ki, insanlar gələcəyini və uşaqlarının tərbiyəsini yalnız ona etibar edir". Bu fikir müəllimə verilən ən böyük qiymət, ən gözəl dəyərdir.
Doğurdan da cəmiyyətin qurucusunu, onu idarə edənləri, hüquqşünası, həkimi, mühəndisi - hər peşə sahibinin o həddə çatmasında müəllim əməyi danılmazdı.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Həsən bəy Zərdabi demişdir: "hər bir xalqın xoşbəxtliyi, bədbaxtlığı uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır".
Müəllimə nahaq yerə ziyalı demirlər. O öz ziyası-nuru ilə təkcə şagirdlərinin deyil, bütöv cəmiyyətin yoluna işığ saçmalıdır. Müəllim sənəti bu qədər uca olduğundan, O, bütün şagirdlərinə eyni gözlə baxmalı, eyni sevgini göstərməli və təhsil verməlidi.
Həmin uca və şərəfli müəllim adını özündə əks etdirən bir müəllimədən söhbət açmaq istədim. 1979-cu ildən ibtidai sinif müəlliməsi kimi çalışan Kifayət Hüseynova hal hazırda da şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Buzovna qəsəbəsində 234 saylı orta məktəbdə yaradılan şərait, müəllimlərin, şagirdlərin və valideynlərin tam ürəyincədi. Belə bir şəraitdə çalışmaq, uşaqlara savad və bilik vermək Kifayət müəlliməyə də qismət olub. Üzündəki nuraliyindən Kifayət müəllimənin təmiz qəlbli olduğunu, uşaqlara yetərincə qayğı-sevgi göstərəcəyini anlamaq heç də çətin deyil. Bu qəsəbədə Kifayət mülliməni tanıyan hər kəs Onun haqqında yüksək fikirdədi.
Cari ildən Təhsil Nazirinin müvafiq əmri ilə məktəblərdə ödənişsiz məktəbəqədər kurslarının təşkil olunmaına başlanıldı. Bu addımın çox böyük təqdirəlayiq hal olduğunu hər bir valideynin dilindən eşitmək olar.
Haqqında söhbət açdığım müəllimə o qədər güvənilir və qayğıkeş insandır ki, hətta həmin kursların tədrisini də Kifayət müəlliməyə etibar ediblər. Bəli, az müddət deyil, ömrünün 37 ilini bu peşəyə sərf edib yorulmadan fəaliyyətini davam etdirən Kifayət müəllimə Ulu öndərimizin dediyi kimi bütün təriflərə layiqdir. Bu mənada məktəbin direktoru Ülvi müəllimin də yanlış addım atmadığını söyləmək olar.
Bu yazını yazmağım məktəbəqədər kursların başlamasıyla yanaşı müəllimlərin peşə bayramına təsadüf etdi.
Bütün peşələrin Alisi Müəllim peşəsidir. Bütün peşə sahiblərini yetişdirən Müəllimdir.
Bu peşə bayramında Kifayət müəllimənin simasında bütün müəllimləri təbrik edirəm. Bu əzablı, qayğıkeş, şərəfli yolda usanmadan, yorulmadan xidmət göstərməyinizi arzu edirəm, əziz MÜƏLLİMLƏR!!!

Xəbər 3927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR