Avropanın ən bahalı heyətə sahib klublarının siyahısı açıqlanıb.
Aktual.az komanda.az-a istinadən xəbər verir ki, "CIES Football Observatory"inin qiymətləndirməsinə görə, heyətinə görə Avropanın ən bahalı klubu "Mançester Siti"di. "Şəhərlilər"in dəyəri 1,196 milyard avrodu. "Mançester Siti"nin ən bahalı futbolçusu isə Kevin de Bruynedi - 144,5 milyon avro.
Maraqlıdı ki, 2-ci pillədə də İngiltərə klubu - "Tottenhem" qərarlaşıb - 1,173 milyard avro. Onların ən qiymətli futbolçusu isə Harri Keyndi - 186 milyon avro.
3-cü pillədə yer alan "Barselona"nın heyəti 1,13 milyard avrodu. "Barsa"nın ən bahalı futbolçusu isə Luis Suares hesab edilib - 134 milyon avro. Lionel Messiyə 117,3 milyon avro qiymət qoyulub.
"Real" siyahıda 6-cı pillədə qərarlaşıb - 903 milyon avro. Kriştiano Ronaldoya isə 96 milyon avro qiymət qoyulub.
Mançester Siti (İngiltərə) - 1,96 milyard avro
Tottenhem (İngiltərə) - 1,173
Barselona (İspaniya) - 1,130
Çelsi (İngiltərə) - 1,044
Mançester Yunayted (İngiltərə) - 919
Real (İspaniya) - 903
Liverpul (İngiltərə) - 901
PSJ (Fransa) - 864
Atletiko (Madrid, İspaniya) - 800
Yuventus (İtaliya) - 743.
Aktual.az
Xəbər 491 dəfə oxunub.