İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.
Aktual.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vaqif oğlu Kərimov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Bundan başqa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavad Alı oğlu Cavadova həvalə edilib.
Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri, A.Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Xəbər 248 dəfə oxunub.