Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.
"Sport1.oslobodjenje" nəşrinin xüsusi fərqləndirdiyi bir neçə oyunçu arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
24 yaşlı forvard Ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.
Nəşr "Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, Mahir Emreli "Legiya” ilə 2+1 illik müqavilə imzalayıb.//Offsideplus.az
Xəbər 509 dəfə oxunub.