Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilir

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Aktual.az-ın məlumatına görə, ilk oyun günündə 10 görüş keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ" Cübüllütariqdə "Linkoln"un qonağı olacaq.
Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa "Rakuv"u və Estoniya "Flora"sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
19:00. "Urartu” (Ermənistan) - "Zrinski” (Bosniya və Herseqovina)
19:30. "Linkoln” (Cəbəllütariq) - "Qarabağ” (Azərbaycan)
20:00. "Jalgiris” (Litva) - "Struqa” (Şimali Makedoniya)
22:00. "Olimpiya” (Sloveniya) - "Valmiera” (Latviya)
22:00. "Rakuv” (Polşa) - "Flora” (Estoniya)
22:00. "Hamrun” (Malta) - "Makkabi” (Hayfa, İsrail)
22:45. "Ballkani” (Kosovo) - "Ludoqorets” (Bolqarıstan)
22:45. "Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya)
22:45. "Klaksvik” (Farer adaları) - "Ferentsvaroş” (Macarıstan)
22:45. "Partizani” (Albaniya) - BATE (Belarus)
Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

Xəbər 200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR