Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər baş tutacaq.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Almaniyada keçiriləcək.

Avropanın ən titullu komandalarından olan "Barselona” Fransanın PSJ klubunu qəbul edəcək. Bu kollektivlərin Parisdə baş tutan ilk görüşündə sensasiya qeydə alınıb. Unai Emerinin baş məşqçisi olduğu komanda Kataloniya təmsilçisini Anxel Di Maria (2), Julian Draksler və Edinson Kavaninin qolları ilə üstələyib. Bu səbəbdən "Barselona” üçün 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq çətin olacaq.

Almaniyada isə Dortmund "Borussiya”sı Portuqaliyanın "Benfika” komandasını qonaq edəcək. Lissabonda keçirilən ilk matçda rəqibini Konstantinos Mitroğlunun qolu ilə məğlub edən qonaqlar səfərdə də müsbət nəticə əldə etmək istəyirlər. Lakin "Borussiya” öz meydanında inamlı təsir bağışlayan bir kollektiv kimi tanınır. Təsadüfi deyil ki, Dortmund təmsilçisi Almaniya çempionatının cari mövsümündə 11 ev oyunundan 8-də qalib gəlib, 3-dən isə bir xalla ayrılıb.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

23:45 "Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: Deniz Aytekin (Almaniya)

İlk oyun – 0:4

23:45 "Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya)

Baş hakim: Martin Atkinston (İngiltərə)

İlk oyun – 0:1

Aktual.az


Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR