UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Aktual.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti raundda "Olimpiakos" (Yunanıstan) ilə üz-üzə gələcək. Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.
Xəbər 326 dəfə oxunub.