Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Aktual.azın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"un, İsrailin "Makkabi" (Hayfa) komandası Slovakiyada "Slovan"ın, İsveçrə "Servett"i isə Şotlandiyada "Reyncers"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
22:00. "Panatinaikos" (Yunanıstan) - "Marsel" (Fransa)
22:30. "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail)
22:45. "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə)
Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.
Xəbər 308 dəfə oxunub.