Əmisi qızının keçmiş ərini öldürən şəxsə qəti cəza təyin edilib - (EKSKLÜZİV FOTO)

Əmisi qızının keçmiş ərini öldürən şəxsə qəti cəza təyin edilib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Zərdab rayon sakini Elman Rüstəmovun (1987-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və  120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, bu il martın 28-də Bakı-Aeroport maqistral yolunun kənarındakı ağaclıq sahəsində Elman Rüstəmov münaqişə zəminində əmisi qızının keçmiş həyat yoldaşı Emin Fərəməzovu bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən uzaqlaşmaq istəyərkən post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumat əsasında hadisə yerində Xəzər RPİ və rayon prokurorluğunun əməkdaşları ekspertin iştirakı ilə müayinə aparıblar. 

İş üzrə istintaqda dindirilən Elman Rüstəmov Emin Fərəməzovu onun əmisi qızı barəsində nəlayiq sözlər danışdığına görə öldürdüyünü bildirib. 

Məhkəmə prosesində Rüstəmov mərhumun da Zərdab rayonundan olduğunu, yaşca ondan böyük olduğu üçün onunla yaxın münasibətləri olmadığını bildirib. 2000-ci ildə əmisiqızı Ayşən nişanlı ola-ola Eminə qoşulub, qaçıb, amma 4-5 ildən sonra uşaqla ata evinə qayıdıb. Həmin ərəfələrdə eşitdiyinə görə hansısa cinayətə görə Fərəməzovu polis tutub və o, məhkəmənin hökmü ilə həbs cəzası alıb. O, elə o vaxtlar fikirləşirdi ki, dayısının ailəsini biabır etdiyinə görə Emini öldürəcək, lakin sonralar o bu hadisəni unutmağa çalışıb. İllər keçəndən sonra, bu il martın 25-də Elmanın mobil telefonuna zəng edən naməlum şəxs özünü əmisiqızının əri kimi təqdim edərək, azadlığda olduğunu deyib və onu kafeyə dəvət edib. Orada olarkən yanlarında Eminin bir neçə tanışı da olub, sərxoş olan Fərəməzov söhbət əsnasında Ayşənlə yaşadığı və ayrıldığı vaxtlardan danışıb, bu isə Elmanın xoşuna gəlməyib. O, Eminə etirazını bildirəndə, sonuncu helə onun qabağında uşaq olduğunu sözyləyib və onların söz-söhbətinə qarışmamağı tapşırıb. Yeyib-içməkdən sonra o sağollaşaraq, evə qayıdıb, ayrılarkən 3 gündən sonra görüşəcəklərini razılaşıblar. Eminin dediklərini özünə təhqir kimi qəbul edən Elman onu öldürmək qərarına gəlib. Martın 28-də Rüstəmov evdən mətbəx bıçağı götürərək avtobusla Mərdəkan qəsəbəsinə gəlib, Eminlə yol kənarında görüşərkən deyib ki, əmisinin ailəsini biabır etdiyi üçün, o ölməlidir. Sonra zərbələr vurmağa başlayıb, 3-cü yada 4-cü zərbədən sonra bıçağ əyilib. Hadisə ani baş verib, sonra əlində bıçaqla yol çıxıb, bu zaman yanında post-patrul avtomaşını dayanıb. O, bıçağı yerə tullayıb və təslim olub. Yaralının dalınca təcili tibbi yardım maşını gəlib, onu isə Xəzər RPİ 1-ci polis bölməsinə aparıblar.

Elman Rüstəmov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib, zərərçəkən Gülnar Fərəməzova isə məhkəmədən oğlunun qatilinə ağır cəza təyn olunmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 
16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq E.Rüstəmovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin
hökmünü qüvvəsində saxlayıb.




Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR