Əmircanda ipotekaya görə silahlı insident, iş təkrar baxışa göndərilib - (EKSKLÜZİV FOTO)

Əmircanda ipotekaya görə silahlı insident, iş təkrar baxışa göndərilib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Yasamal rayon sakini Yan Raznobarskinin CM-nin 120.2.5 ( taman niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddəsi ilə araşdırılan cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.

Aktual.az xəbər verir ki, 2015-ci il iyunun 16-da Suraxanı rayonunun Əmircan qəsəbəsində silahlı insident baş verib. Belə ki, Mustafayev küçəsində yerləşən "Dostluq” kafesində Yasamal rayon sakini Yan Raznobarskiy aralarında yaranmış mübahisə zamanı üzərindəki lüləsi kəsilmiş tüfəngən atəş açmaqla tanışı Murad Seyidovu yaralayıb. 3 saylı kliniki xəstəxanaya çatdırılan zərərçəkənin həyatı xilas edilib. 

İstintaqla müəyyən edilib ki, Yan Raznobarskiy Murad Seyidovla 2014-cü ilin may ayında , razılığa əsasən sonuncunun arvadına məxsus Əmircan qəsəbəsi, E.Həsənov küçəsindəki evə görə 15000 manat pul verib, qalan 25.472 manat pulu isə təxminən 1 ay müddətində ödəyəcəyinə söz verib. Göstərilən müddətdə pulu verə bilməyən Raznobarskiy Seyidovdan dəfələrdə möhlət istəsə də, borcunu ödəyə bilməyib. Sonuncu dəfə, o iyunun 15-dən borcunu tam şəkildə verəcəyini, əks halda alqı-satqı müqaviləsi yolu ilə qızı Məryəm Əzimovanın adına keçirilmiş evi qaytaracağına dair öhdəlik götürsə də, onu yerinə yetirə bilməyib. Ayın 16-da Yan Muradı öldürmək qərarına gəlib, 1992-ci ildən qanunsuz olaraq əldə edib, özündə saxladığı, atəş açmaq üçün yararlı olan 16 kalibrli qoşalülə tüfəng kəsiyini götürərək, sonuncunu Əmircan qəsəbəsində fəaliyyət göstərən "Dostluq" kafesinə dəvət edib. Saat 12 radələrində kafenin 3№i otağında Murada, orda gözləməsini bildirən Yan, həyətdəki taksi maşınının saxlanc yerindən selofan torbaya bükülmüş silahı götürüb, geri qayıdıb. Tətiyi çəkib atəş açaraq Seyidova, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirib. Murad yaralanmasına baxmayaraq, özünü itirmədən onu yerə yıxıb və silahı əlindən alıb, kabinetin qarşısından kənara atıb. Atəş səsinə və zərərçəkənin "kömək göstərilməsi" ilə bağlı çağırışlarına ora gələn kafenin işçiləri Seyidovun vaxtında xəstəxanaya çatdırılmasını təmin ediblər. 

Yan Paznobarskiy ittihamla razılaşmayaraq Murad Seyidovu öldürmək niyyətində olmadığını, atəşin təsadüfən açıldığınıı, lakin müstəntiqin bunu başa düşmək istəmədiyini bildirib, istintaqın obyektiv aparılmadığına oktyabrın 5-də aclıq elan edib, ümumiyyətlə Suraxanı rayon prokuroruna və müstəntiqə etiraz edib. Bu səbəbdən iş üzrə istintaqın davam etdirilməsi Bakı ş. prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib. Raznobarskiy qeyd edib ki, borcunun qaytarılması ilə əlaqədar vaxt verməsinə və orada tikintini yekunlaşdırmaq məqsədi ilə, digər şəxsin pul yatırmasına razılıq almaq üçün qorxutmaq məqsədi ilə silahdan istifadə edib. İyunun 16-da Muradla "Dostluq” kafesində görüşüb, girişdən sol tərəfdəyerləşən kabinetdə oturublar. Silahı 92-ci ildə yadında qalmayan şəxsdən Mərdəkan qəsəbəsində alıb və onu Əmircanda, gölün sahilində basdırıb. Ofisiant qapını döyüb, içəri girmək istədikdə, Yan əli ilə qapını tutub, onu içəri keçməyə qoymayıb və bir dəqiqə gözləməsini xahiş edib. Murada tərəf silahı tutaraq tətiyi çəkib. Seyidov əli ilə tüfəngin lüləyini tutaraq, üstünə gəlib və onlar yerə yıxılıblar. Murad qışqırmağa başlayıb, kafedə olanlar içəri giriblər. Yan onlara təcili yardım maşını və polis çağırmalarını tapşırıb. 

Məhkəmə prosesində Yan Raznobarskiy elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən məhkumun vəkili və zərərçəkmiş şəxs apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsi şikayətləri hərəkətsiz saxlayaraq, işi baxışdan çıxarıb və birinci instansiya məhkəməsinə qaytarıb.
 













Xəbər 1171 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR