Emin “Ən seksual kişi” seçildi

Emin “Ən seksual kişi” seçildi

Rusiyanın starhit.ru saytı “Ən seksual kişi və oyuncağı” adlı sorğu keçirib. 

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, 20 məşhurun arasından siyahıda birinci yeri müğənni-bəstəkar Emin qazanıb.

“Müğənni bu yaxınlarda qibtə ediləcək subaylar sırasına qatılıb- bu ilin mayında onlar həyat yoldaşı Leyla ilə boşanmalarını elan etdilər.

Əgər motosikletlər barədə anlayışınız varsa, 35 yaşlı Eminin xoşuna gəlməkdə şansınız artar. Bu yaxınlarda onun kolleksiyasına eksklüziv U-boat Venenum motorcycle  baykı əlavə edilib, modelin dizaynı üzərində keçmiş yarışçı İtalo Fontano işləyib.

“Bu modeli o bir nüsxədə özü üçün düzəltmişdi, mən isə onu mənə satmağa razı saldım. Motosikletin dəlicəsinə sürət yığmasına baxmayaraq mən risk etmirəm və qaydalara əməl edirəm”, - Emin deyir.

Birinci motosikletini Emin 10 il bundan öncə alıb.

“Bu Harley Davidson idi. Onu Moskvada almışdım və mağazadan onu sürərək getdim. Növbəti – Yamaha- Bakıda aldım, onunla hətta konsertlərdə səhnəyə də çıxmışam” ” -, deyə məqalədə qeyd olunub.

 
Xəbər 955 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR