Emil Balayev: “Neftçi”yə qayıdanda məndə nostalji hisslər yarandı”

Emil Balayev: “Neftçi”yə qayıdanda məndə nostalji hisslər yarandı”

"Neftçi”nin akademiyasında böyümüşəm, əsas komandasında yer almışam. Buna görə də, komandaya qayıdanda məndə nostalji hisslər yarandı”.
Aktual.az-ın məlumatına görə, bunu "Neftçi”nin yeni transferi Emil Balayev yetirməsi olduğu kluba dönüşü ilə bağlı açıqlamasında deyib.
29 yaşlı qapıçı "ağ-qaralar”da keçirdiyi ilk dönəmi xatırlayaraq, tarixi uğura imza atdıqlarını bildirib: "Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bundan sonra 15-20 il də keçsə, bunlar əvəzolunmaz hisslərdir”.
"Neftçi” ilə 2 illik müqavilə imzalayan Azərbaycan millisinin qolkiperi onu İvan Brkiç, Aqil Məmmədov və Rza Cəfərovla maraqlı mübarizə gözlədiyini söyləyib: "Belə səviyyəli qapıçılarla bir yerdə məşq etmək mənim üçün də xoşdur. Bizi maraqlı, sağlam rəqabət gözləyir. İlk növbədə bir-birimizə həm qardaş, həm də yaxşı insan kimi münasibət göstərəcəyik”.
Qeyd edək ki, 2011-ci ildə "Neftçi”nin əsas komandasına cəlb edilən Emil Balayev başqa klublarda icarə əsasında oynadığını nəzərə almasaq, 2015-ci ilə qədər bu komandada çıxış edib.

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR