Bu günlərdə yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti yaxşıdır.
Aktual.az Report-a istinadən xəbər verir ki, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunan aktyor artıq palataya köçürülüb. Bu gün “Azdram”ın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət və teatrın truppa mudiri Elnur Məmmədov Ələsgər Məmmədoğlunu ziyarət ediblər.
Xəstənin həkimi bazar ertəsi aktyorun səhhəti barədə ətraflı məlumat veriləcəyini bildirib.