Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası, əməkdar artist Ulduzə Nəsirovanın sinirlərində ciddi problem yaranıb.
Aktrisa teatrda həmkarlarıyla və digər əməkdaşlarla yola getmir. Hətta onun ruhi əsəb dispanserinə yerləşdirildiyi iddia edilir:
Teatrın direktoru İslam Həsənov əməkdaşımızla söhbətində əməkdar artistin əsəblərinin yerində olmadığını, ancaq sonuncu dəfə iki gün əvvəl teatra gəldiyini deyib:
"Arabir teatra gəlir, tamaşaları olanda gəlib oynayır. Əməkdaşlarla, aktyorlarla heç bir problemi yoxdur. Amma qonşularını özünə düşmən bilir. Əsəbləri pozulub. Bir qızı var, o da Türkiyədə yaşayır. Mən özüm də ona baş çəkirəm".
Qeyd edək ki, Ulduzə Nəsirova 1956-cı ildə anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyoru fakültəsinə qəbul olunub. 1984-cü ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 2008-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. (ölkə.az)
Aktual.az
Xəbər 768 dəfə oxunub.