Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev iki filmə dəvət alıb.
Aktual.az xəbər verir ki, Bu barədə publika.az-a açıqlama verən aktyor yeni rolundan məmnun qaldığını deyib:
“Gələn ay bir seriala və yeni bir filmə başlayacağıq. Serialda mənə maraqlı bir rol həvalə ediblər, fırıldaqçı molla obrazını yaradacağam. Sözün düzü, fərqli rollarda çıxış etməyi xoşlayıram. Bundan əvvəl şorgöz obrazını canlandırdım, indi də molla. Həyatda mollalardan zəhləm gedib, buna görə də bu nifrətimi, yəqin ki, yeni rolumda ifadə edəcəyəm. Əlbəttə ki, söhbət fırıldaqçı mollalardan gedir”.
Aktyor eyni zamanda, teatrda da işini davam etdirəcəyini bildirib.