Əməkdar artist Manaf Ağayevin həbsindən danışdı: "Qanun hamı üçündür"

Əməkdar artist Manaf Ağayevin həbsindən danışdı:

"Qanun hamı üçündü, onu heç kim pozmamalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev müğənni Manaf Ağayevin həbsindən danışarkən deyib.

Müğənni bildirib ki, bütün vətəndaşlar dövlətin əsgəridir:

"Biz gərək qanuna əməl edək. Allah qapısını açsın. Xalqı kim qoruyur? Dövlətimiz. O torpaqlarda nə qədər şəhid verdik, ailələr gözü yaşlı qaldı. Allah prezidentin canını sağ eləsin, az səbr edək, gözləyək işğaldan azad olunan torpaqlarda abadlıq bitsin, ondan sonra hamı gedəcək".
Qeyd edək ki, müğənni Manaf Ağayev işğaldan azad olunan Füzuli rayonuna qanunsuz səfər edib və həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Məhkəmənin qərarı ilə müğənni 15 sutka həbs edilib.
Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR