Əməkdar artist intim şəkil məsələsindən danışdı - YENİLƏNİB

Əməkdar artist intim şəkil məsələsindən danışdı   - YENİLƏNİB


15:59

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarova haqqında yazılanlara aydınlıq gətirib

Aktrisa ölkə.az-a açıqlamasında bildirib ki, onu intim şəkilləriylə şantaj edən şəxs barədə polisə müraciət etməsi haqqında yazılanlar həqiqətə uyğun deyil:

"Elə şey yoxdur. O xəbəri kim yazıbsa, onu tutduracağam. Bu da təzə çıxdı?"

----------

15:07

Əməkdar artist Mehriban Xanlarovanın tanışı tərəfindən intim fotolarla şantaj edilməsi ilə bağlı araşdırma aparılır. Lent.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon sakini, 1967-ci il təvəllüdlü Xanlarova Mehriban Aslan qızı bir neçə gün əvvəl şantaj edilməsi ilə bağlı 4-cü Polis Bölməsinə müraciət edib. Bölmədə toplanmış materiallar daha sonra aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

İdarədə daxil olmuş materiallar əsasında cinayət işinin açılıb-açılmayacağına qərar veriləcək.

---------

14:10

Əməkdar artist Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib.

"Report"un əldə etdiyi məlumata görə, M.Xanlarova şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyini bildirib.
Belə ki, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib. 
Həmin şəxs M.Xanlarovadan 500 manat pul tələb edir.

//Aktual.az

Xəbər 4221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR