Azərbaycanın Əməkdar artisti Tanilya ƏHMƏROVA uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib.
Bu barədə Aktual.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
İyunun 1-də 65 yaşı tamam olan Aktirisa 1978-ci ildən «Azərbaycanfilm» k/st.-nda bir çox filmlərdə rol almışdır, onun çəkildiyi filmlər «Sevinc buxtası» «Şir evdən getdi», «Üzü küləyə», «Qaynana», «Yarımçıq qalmış mahnı», «Üzeyir ömrü», «Əlavə iz», «İlıq dənizdə buz parçası», «İşarəni dənizdən gözləyin», «Portağal» (Ukraina.), «Hər şeydən əvvəl düzlük» (Özbəkstan.), «Dağıdılmış körpü» (1996) və s. Qeyd edək ki aktirisaynan vida mərasimi bu gün saat 13:00 də Təzə Pir məscidində keçiriləcəkdir. Allah rəhmət eləsin!