Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Tofiq Hüseynov xəstəxanadan evə buraxılıb
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, aktyor bir neçə gün öncə mədəsindən əməliyyat olunmuşdu.
Gənc aktyor Elnar Qarayev əməkdar artistlə olan fotosunu paylaşıb və bu sözləri yazıb:
"Elə indi Tofiq müəllimi teatrda gördüm, çox sevindim. Allah can sağlığı versin".
Fotodan da aydın olur ki, T.Hüseynov son günlər ərzində xeyli çəki itirib.