Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Məsmə Aslanqızı əməliyyat olunub.
Aktual.az xəbər verir ki, bu barədə Report-a əməkdar artistin özü məlumat verib.
O, hazırda özünü yaxşı hiss etdiyini deyib: "Dörd ildir qalxanvari vəzim mənə əziyyət verirdi. Son vaxtlar ağrılar kəskinləşmişdi. Həkimə müraciət etdim. Təcili əməliyyat olunmağımı məsləhət bildilər. İyulun 17-də əməliyyat olundum. Hazırda xəstəxanadan evə buraxılmışam. İndi özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, Məsmə Aslanqızı 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında çalışır.